
Şirkət Profili
Məqsədimiz reklam, buklet, flayer paylama sahəsində etibarlı tərəfdaşınız olmaqdır.
Direct Flyer şirkəti 2014-ci ildən etibarlı şəkildə reklam vasitələrinin (broşür, flayer, buklet və s.) paylama xidmətini göstərir. Dürüstlük, güvən və çalışqanlıq prinsipləri üzərində qurulan şirkətimizin uğuru müştərilərimizin uğuruyla ölçülməkdədir. Müştərilərimizə fəaliyyət göstərdikləri sahədən asılı olmayaraq reklamlarını istəklərinə uyğun olaraq hədəf kütləsinə çatdırmağı qarşımıza məqsəd qoymuşuq. Biz bir çox yerli şirkətlərlə əməkdaşlıq edirik və müştərilərimizin məmnunluğu bizi işimizdə daha uğurlu olmağa sövq edir.Direct Flyer olaraq, sizə peşəkar xidmət göstərməklə sizin güvənli tərəfdaşınız olmaqdan qürur duyuruq!
Necə işləyirik?
İşinizi bizə tapşırırsınız, ən yaxşı nəticəni əldə edirsiniz
Reklam paylama hədəf kütləyə birbaşa mesaj vermənin effektiv yollarından biridir. Digər çöl reklamlarından əsas fərqi isə, insan amilidir. Reklam kampaniyanız nə qədər effektiv, flayer nə qədər keyfiyyətli olsa da sizi hədəfə çatdıran reklam paylayandır. Biz biznes düşüncəmiz və şəxsi keyfiyyətlərimizə güvənərək, kampaniyanızın uğurlu olması üçün reklam flayerlərinizi lazımı ünvanlara çatdırılacağına təminat veririk.
Reklam vasitələrinin paylanmasından öncə daha effektiv kampaniya üçün ərazidəki obyektlərin sıxlığını ölçərək, müştəriyə məlumat veririk. Bu müştərini lazımsız məsrəflərdən bizi vaxt itkisindən qoruyur.
Plan əsasında, komanda dağıtım/paylama ərazilərinə gedərək prosesi həyata keçirir. Flayerin səliqəsindən, əzilməməsindən qapı qollarına keçirilməsinə qədər diqqətlə yanaşırıq.
Reklam paylama işində müşahidə ən vacib amillərdən biridir. Bu o demək deyil ki, komandamıza güvənmirik, bu işi daim nəzarətdə saxlamağa imkan verir.
Hesabat, işimizin zəmanətidir. Reklam paylanan ərazilərin yazılı ünvanı, şəkilləri və reklam paylayanın getdiyi trayektoriyanı göstərən xüsusi track hesabatı təmin olunur.