Buklet paylayanın günlüyündən bir-iki sətir

Buklet paylayanın günlüyündən bir-iki sətir

Mağaza sahiblərinin çox rahat olduğunu düşündüyü, insanların görərkən yan keçməyə çalışdığı, ikinci dərəcəli iş kimi düşünülən buklet paylama və zəhmətkeş buklet paylayanlar.

Buklet paylama işi düzgün planlandığı və sistemli şəkildə yerinə yetirildiyində ciddi geri dönüş almaq mümkündür. Əlbəttəki burada bukletdə verilən təklifin üzərinə böyük iş düşür, amma bu yazıda biz sırf buklet paylayandan yəni promouterdən danışacağıq.

Əsasən tələbələrin maraq göstərdiyi bu iş gündəlik qazanc mənbəyi kimi düşünüldüyündə yaxşı işdir. Maaşı da  ölkə standartlarını əsas alarsaq pis sayılmaz. Buklet paylama işi daha öncə bəhs etdiyimiz kimi əsasən 3 şəkildə yerinə yetirilir.

Sabit şəkildə metro çıxışı və ya küçədə: Öncədən təyin olunmuş məntəqədə stand qurulur və ya sadəcə buklet paylanır. Promouterin bukletin məzmunundan xəbərdar olması şərtdir, çünki hər an məlumat tələbi ola bilər. Burada əsas çətinlik insanların buklet paylayanı görməzdən gəlməyə çalışmasıdır. Ona görə də promouter yeterincə səliqəli görünüşdə olmalıdır. Digər çətinlik isə icraçı və ya sifarişçi tərəfindən aksiyanın müvafik icra oqanları ilə razılaşdırmamasıdır, ki bunun cəzasını promouter çəkir.

Evlərə buklet paylama: Ən az 5 kq ağırlığında piyada 5 mərtəbələrə qalxaraq qapılara bukleti düzmək deməkdir. Şansı gətirirsə ərazidə hündür mərtəbəli binalar, lift və hər mərtəbədə 8 mənzil olur, bununla da işin yarısı bitmiş sayılır. Əsas səciyyəvi xüsusiyyəti insanlarla az təmasda olunur, sürət hər şey deməkdir, gündə ortalama 15 km yol qət olunur və evə gələrkən ayaqlar hiss olunmur.

Maşınlara buklet paylama: Yol kənarında, parkingdə və ya işıqforda duran maşınlara paylanılır. Sonuncu ən çətin və təhlükəli bir metoddur. Hələ sifarişçi ancaq filan ildən yuxarı vəya bahalı maşınlara payla deyirsə, iş əməlli uzanır. Ümumi olaraq digər iki metodla müqayisədə az istifadə olunan və daha rahatdır.

Buklet payalamanın müsbət tərəfləri:

-Xüsusi bacarıq tələb etmədiyi üçün hər kəs edə bilər,

-Başınızda müdür olmur,

-İki nəfər payladığında vaxtın necə keçdiyindən xəbəriniz olmur

Buklet payalamanın mənfi tərəfləri:

-Açıq havada olduğu üçün çox isti və ya soyuq olma,

-Bəzi insanların flayeri almaq istəməməsi,

-Binalara paylama zamanı ayaq yorğunluğu; komendantların girişə icazə verməməsi,

-Bəzən də, inzibati maneələr

 

Buklet paylama işində işləmək istəyən dostlarda ən çox axtardığımız xüsusiyyət dəqiqlik, çeviklik və məsuliyyətdir. Güvən problemini texnologiyanın bizə yaratdığı imkanlarla həll edirik, ki bu da bizə qüsursuz proses idarəetməsi üçün şərait yaradır.

 

 

 

 

 

Leave a Reply

Your email address will not be published.