Buklet paylama nədir?

Buklet paylama nədir?

El arasında reklam paylama kimi ifadə olunan buklet, broşür, insert paylama ən köhnə marketinq vasitələrindən biridir. Buklet paylamaq ən başlardan siyasətçilərin siyasi kampaniyalarında istifadə olunub. Britaniya vətəndaş müharibəsində, İkinci dünya müharibəsində də düşmən cəbhəsindəki propakandalar məhz broşürlər vasitəsilə aparılıb. Şirkətlərin məhsul və xidmətlərini reklam etmək üçün buklet paylamadan istifadəsi 70-ci illərdən etibarən başlamışdır. Hələ də ən asan, həmçinin ucuz başa gələn marketinq vasitəsi kimi istifadə olunmaqdadır. Zamanın sınağından çıxan buklet paylama başda supermarketlər olmaqla, təhsil kurslarının, restoranların, geyim mağazalarının kampaniyalarını müştərilərinə birbaşa çatdırmağa kömək edən effektiv vasitədir. Reklam paylama işi əsasən 3 şəkildə həyata keçirilir.

Ev-mənzilə paylama

Əvvəlcə paylanılacaq olan ərazilər  (prospekt, küçə, məhəllə) və həmin ərazi üçün broşür sayı müəyyən olunur. Bu paylama üsulu reklam vasitələrinin poçt qutularına atılmaqla , qapı barmaqlıqları və tutacaqlarına keçirilməklə həyata keçirilir. Alış-veriş etmək üçün endirimləri səbrsizliklə gözləyən ev əhlini bu metodla mağazalara çəkmək məqsədə uyğundur. Təsadüfü deyil ki, başda supermarketlər olmaqla, evə çatdırılması olan restoranlar, tikinti-təmir şirkətləri satışlarını artırmaq üçün evlərə buklet paylamaqda yarışa girirlər.

Əldən-ələ paylama

Əldən flayer paylama xidmətimiz insanların sıx olduğu – küçə, metro çıxışları, məktəb və universitet ətrafı və s. ərazilərdə əldən tək-tək paylanılmaqla həyata keçirilir. Bukletin məzmununa görə yoldan keçənlərə məlumat verilı bilər. Başda təhsil şirkətləri olmaqla tələbələri və gənc hədəf kütləni hədəfləyən geyim mağazaları, restoranlar, elektronika mağazaları bu metoda üstünlük verirlər. Xüsusən dil kursları universitet küçələrini bir birləri ilə yaxşı mənada döyüş meydanına çeviriblər. Bu döyüşün əsas fiqurları məhz promouterlərdir.

Maşın-avtomobilə paylama

Müəyyən olunmuş  ərazilərdəki avtopark, yol kənarında dayanmış maşınların şüşə siləcəklərinə və qapı qollarına reklam vasitələrinin qoyularaq həyata keçirilən xidmət növüdür. Bukletin digər növlərlə müqayisədə istifadə sahəsi daha dardır və əsasən sığorta şirkətləri, ayıq sürücü xidməti, avtomobil ehtiyat hissələri satan mağazalar üçün uyğundur. Açıq hava şəraitində həyata keçirildiyi üçün bukletin hava şəraitinin təsirinə məruz qalma riski var.

 

Reklam paylama işi izlənməsi və idarə olunması çətin prosesdir. Buna görə də şirkətlərin özlərinin bu işi təşkil etməsi o qədər də asan deyil. Qarşılaşdığımız bu çətinliklər barədə növbəti yazılarda qeyd edəcəyik.

Leave a Reply

Your email address will not be published.